RU

“WhatsApp”-dan istifadəçilərə qarağa

“WhatsApp” messencerinin tərtibatçıları spam problemini aradan qaldırmaq üçün yeni məhdudiyyət tətbiq etməyə hazırlaşırlar.

News24.az xəbər verir ki, bu barədə “TechCrunch” nəşri məlumat yayıb.

Yeni qaydalara əsasən, istifadəçilər və şirkətlər cavab almadıqları tanımadıqları şəxslərə yalnız məhdud sayda mesaj göndərə biləcəklər. Əgər göndərilən mesaja cavab verilməzsə, həmin yazışma yeni aylıq limitin hesablanmasına daxil ediləcək.

Məsələn, istifadəçi konfransda tanış olduğu şəxsə üç mesaj göndərsə, lakin cavab almasa, bu, limitin hesabına əlavə olunacaq.

Yenilik yaxın həftələrdə bir neçə ölkədə sınaq rejimində tətbiq ediləcək. Qeyd edək ki, son bir il ərzində “WhatsApp” spamın qarşısını almaq məqsədilə müxtəlif qoruma alətləri və təhlükəsizlik mexanizmləri təqdim edib.


Избранный
24
3
news24.az

4Источники