RU

Trampın iştirakı ilə Kamboca və Tayland sülh sazişi imzalayacaq

BAKI, 20 oktyabr. TELEQRAF

Kamboca və Tayland oktyabrın sonunda Malayziyanın paytaxtı Kuala-Lumpurda keçiriləcəkCənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) sammiti çərçivəsində sülh sazişi imzalayacaqlar.

Teleqraf xəbər verir ki, bu barədəKambocanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sənədin imzalanması mərasimi ABŞ Prezidenti Donald Tramp və 2025-ci ildə ASEAN-a sədrlik edən Malayziyanın Baş naziri Anvar İbrahimin iştirakı ilə baş tutacaq.

Məlumata görə, sazişin mətni Kamboca, Tayland, ABŞ və Malayziya nümayəndələrinin oktyabrın 17-də Kuala-Lumpurda keçirdiyi dördtərəfli danışıqlar zamanı razılaşdırılıb.

"Kamboca və Tayland baş nazirlərinin ASEAN sammiti çərçivəsində sənədə imza atacağını gözləyirik", -Kambocanınbaş nazirinin müavini və xarici işlər naziri Prak Sokhon bildirib.

Избранный
116
teleqraf.com

1Источники