Xəbər verdiyimiz kimi, Sankt-Peterburqdan Bakıya gələn AZAL-a məxsus təyyarə texniki səbəbdən (şassidə nasazlıq) geri qayıdaraq Pulkovo hava limanına eniş edib.
"Bakuinfo" xəbər verir ki, "Flightradar24" uçuş izləmə xidməti təyyarənin təxminən 3 saat Sankt-Peterburqun hava məkanında dövrə vurduğunu bildirib.
Qeyd edək ki, eniş zamanı hava gəmisi uçuş-enmə zolağından cüzi kənara çıxsa da, göyərtədə olan 155 sərnişin operativ şəkildə təxliyə olunub. (Axar.az)