RU

Ayətullah Xamenei Trampın Knessetdəki çıxışına cavab verib

ain.az bildirir, Bizimyol portalına istinadən.

İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei ABŞ prezidenti Donald Trampın qondarma işğalçı rejimin parlamentində çıxışını “boş sözlər” adlandırıb.

Bizimyol.info xəbər verir ki, Xamenei elmi olimpiadalarda medal qazanan tələbələr və beynəlxalq turnirlərdə uğur qazanan milli idmançılarla görüşüb.

Ayətullah Xamenei iranlı gənclərə xitabən deyib: Siz millətin nümayəndələri olaraq sübut etdiniz ki, İranın nəcib gəncləri zirvələrə çatmaq üçün gücə malikdirlər və İran dünyanın diqqət mərkəzinə çevrilib.

Ayətullah Xamenei cari məsələlərə toxunaraq, ABŞ prezidenti Donald Trampın qondarma parlamentindəki çıxışını boş sözlər adlandırıb və deyib: İşğal olunmuş Fələstinə gedən və çoxlu boş vədlər verən ABŞ prezidenti məyus olmuş sionistlərə ümid verməyə çalışdı.

Devim lideri sionistlərin 12 günlük müharibədə İran İslam Respublikasının vurduğu ağır zərbədən məyus olduqlarına diqqət çəkib: "Sionistlər gözləmirdilər ki, İran istehsalı olan raketlər öz kritik və mühüm nöqtələrinə çata və onları külə çevirə bilər", - deyə o qeyd edib.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
14
icma.az

1Источники