RU

II Liqa: Şəmkir 90+6 da yıxıldı, Saatlıda qol yağdı

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan II Liqasında 6-cı tur start götürüb.

Fanat.Az xəbər verir ki, iki günü əhatə edəcək turun açılış günündə 3 oyun keçirilib. 

"Göygöl" ilə "Ağstafa Gəncləri"nin qarşılaşmasıda qollu heç-heçə qeydə alınıb. 

"Kür-Araz" evdə  "Quba" ilə bacarmayıb. İsmayıl Məmmədovun komandası səfərdə 3 xalı 6 qolla qazanıb.

Günün mərkəzi qarşılaşmasında lider "Qaradağ Lökbatan"la iddialılardan olan "Şəmkir" üz-üzə gəlib. Vüqar Nadirovun komandası ev oyununda çətin rəqibindən xal almağa yaxın olsa da, son saniyələrdə hakimin təyin etdiyi penaltidən buraxdığı qolla uduzub. 

Qeyd edək ki, turun 3 oyunu (“Araz Saatlı” – “Xankəndi”, “Ağdaş” – “Şəki Siti”, “Şirvan” – “Dinamo”) sabah keçiriləcək.

Azərbaycan II Liqası

6-cı tur

20 oktyabr 

“Göygöl” – “Ağstafa Gəncləri” 1:1

Qollar: E.Rəhimov, 87 - E.Qəhrəmanov, 77.

“Kür-Araz” – “Quba” 1:6

Qollar: Ə.İsayev, 45+1 - V.Cəfərov, 28; 32-pen; 65. S.Ağayev, 36. B.Köçərli, 67. N.Mollayev, 77.

“Şəmkir” – “Qaradağ Lökbatan” 0:1

Qol: T.Nəsibov, 90+6-pen.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
54
1
fanat.az

5Источники