RU

“Futbolçuları geri qaytarmaq heç vaxt kömək etmir”

Dortmund "Borussiya"sının və "Liverpul"un keçmiş baş məşqçisi Yurgen Klopp 2013-cü ildə “Mançester Yunayted” klubunu çalışdırsaydı, Kriştiano Ronaldonu geri gətirməyəcəyini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, alman mütəxəssis bu barədə “The Diary of a CEO” adlı YouTube kanalına müsahibəsində bildirib.

“Mən Poqbanı geri gətirməzdim. O, sensasion oyunçu idi, amma belə addımlar adətən işləməz. Ya da Kriştiano, hamımız bilirik ki, o, Lionel Messi ilə yanaşı dünyanın ən yaxşı oyunçusudur, amma oyunçuları geri gətirmək heç vaxt kömək etmir. 2013-cü ildə söhbət Kriştianudan yox, bəlkə Poldan gedirdi, hətta əmin deyiləm, amma məqsədimiz belə idi: ən yaxşı oyunçuları bir araya gətiririk və irəliləyirik.”

 

Избранный
117
90deqiqe.az

1Источники