RU

Bu qəsəbənin klubu ilk dəfə İsveç çempionu oldu

Yazını böyüt
Yazını kiçilt

İsveçin 1 500-dən az əhalisi olan Hallevik yaşayış məntəqəsinin "Myöllbü" futbol klubu tarixində ilk dəfə ölkə çempionatının qalibi olub.

Hafta.az xəbər verir ki, klub çempionatın 27-ci turunda səfərdə "Göteborq"u 2:0 hesabı ilə məğlub edərək xallarını 66-ya çatdırıb.

Stokholmun "Hammarbü" klubu liderdən 11 xal geri qalaraq ikinci yerdədir.

Qeyd edək ki, "Myöllbü" klubu 1939-cu ildə yaradılıb. Klubun İsveç çempionatında indiyə kimi ən yaxşı nəticəsi ötən mövsüm əldə etdiyi beşinci yer olub.

Избранный
15
1
hafta.az

2Источники