ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Şəmkir rayonunun Çaparlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1982-ci il təvəllüdlü Təzəkənd sakini Yavər Kamil oğlu Hacılı idarə etdiyi “Mercedes Benz Vito” markalı avtomobillə şəxsiyyəti məlum olmayan 35-40 yaşlı kişini vurub.
Piyada hadisə yerində həlak olub.
Faktla bağlı araşdırma başlanılıb.
Yunis Quliyev
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.