RU

Bu xəstəlik toyuq ətinə tələbatı artırır – Qiymətlər qalxacaq?

Ölkənin bəzi bölgələrində iribuynuzlu heyvanlar arasında yayılan dabaq xəstəliyi səbəbindən mal-qara bazarlarının fəaliyyətinə məhdudiyyətlər qoyulması artıq ət tədarükünə də təsirsiz ötüşmür. Bu vəziyyət dönərxanalar və iaşə obyektlərində mal və qoyun ətindən istifadənin azalmasına, əvəzində isə toyuq ətinə tələbatın artmasına yol aça bilər.

Belə məqamda yaranan əsas suallardan biri də toyuq ətinin qiymətinin bahalaşması ehtimalıdır.

Day.Az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Quş Əti və Yumurta İstehsalı və İxracatı Assosiasiyasının sədri Mürvət Həsənli Bizim.Media-ya açıqlamasında bu narahatlıqlara aydınlıq gətirib.

Onun sözlərinə görə, bazarda tələb artsa da, istehsal gücü kifayət qədərdir və bu səbəbdən yaxın zamanlarda toyuq ətinin qiymətində artım gözlənilmir:

"Tələbatın artması bizim üçün problem deyil. İstehsal gücümüz bunu qarşılamağa imkan verir. Qiymət yalnız bir halda arta bilər - əgər yem məhsullarının qiymətində ciddi artım baş versə. Hazırda isə bazarda rəqabət yüksəkdir və bu, qiymətləri sabit saxlayır."

Mürvət Həsənli onu da əlavə edib ki, ölkədə quş ətinə olan tələbatı qarşılayacaq istehsal həcmi mövcuddur və bazarda hazırda heç bir qiymət riski müşahidə edilmir.

Избранный
123
11
day.az

10Источники