RU

Misir Mərdanovla  Ramiz Mehdiyevin birgə görüntüsünü YAYDI

Ramiz Mehdiyev və onun bandasına olan yanaşmada bu günlər məni dəhşətə gətirən bəzi halları görəndən sonra yazılarımda dəyişikliklər etmək qərarına gəldim. Ona görə ki, vaxtilə R.Mehdiyevə görə üzümə duranlar, məhkəmələrə verənlər və buna görə vəzifə, mənzil, fəxri adlar alanlar bu gün “R.Mehdiyevə qarşı mübarizə aparmışlar” rolundadırlar”.

Oxu24.com   xəbər verir ki, bunu tanınmış vəkil Aslan İsmayılov öz “Facebook” səhifəsində yazıb.
Hüquqüşünas qeyd edib ki, vaxtilə Misir Mərdanov təhsil naziri olduğu dövrdə Sumqayıt hadisələrinin təbliğatı ilə bağlı ona müraciət edib. Pepperoni pizza
“Bu gündən etibarən hansı vəzifəli şəxslərlə R.Mehdiyev haqqında hansı söhbətlərim olduğunu, hansı vəzifəli şəxslərin ölkə Prezidentinin mənim Dövlətçiliklə bağlı təkliflərimə aid olan göstərişlərini yox, R.Mehdiyevin göstərişlərini necə icra etmələrini faktlarla açıqlayıb onlardan cavab istəyəcəm”, - A.İsmayılov bildirib.
Vəkil vurğulayıb ki, hələlik isə bunların aralarında hörmətlə yanaşdığı, başqaları kimi bu gün "niyə vaxtında susurdun" demədiyi Misir Mərdanovdan başlamaq istəyir: “Misir Mərdanovun o vaxtlar birbaşa R.Mehdiyevin kurasiyasında olduğu uzun illər ərzində nələr çəkdiyini və təhsil sahəsində gücü çatdığı çərçivələrdə hansı müsbət işlər gördüyünü çox yaxşı bilirəm. Bu gün o dövrlər üçün ən az qınanılası şəxslərdən biri də məhz Misir Mərdanovdur.
Избранный
32
yenilik.az

1Источники