RU

Fitsoya sui-qəsdə görə 21 il həbs cəzası aldı

Slovakiya məhkəməsi ölkənin Baş naziri Robert Fitsoya qarşı sui-qəsd törədən Yuray Sintula ilə bağlı hökmü elan edib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, 72 yaşlı Sintula 21 il həbs cəzasına məhkum olunub.

Xatırladaq ki, ötən ilin mayında R.Fitsoya qarşı Handlova şəhərində sui-qəsd törədilib. Hadisə nəticəsində siyasətçi baş və qarın nahiyələrindən xəsarətlər alıb. O, aylarla müalicəsini davam etdirib, iki dəfə əməliyyat olunub. Baş nazir yalnız iyul ayında vəzifəsinin icrasına başlaya bilib.

"Cebheinfo.az"

Избранный
112
cebheinfo.az

1Источники