Bakıda ölüm hadisəsi baş verib.
Nəsimi rayonu Mərdanov qardaşları küçəsi, 39 saylı binada baş verib.
Binada komendant işləyən 1959-cu il təvəllüdlü Xeyrulla Məhərrəm oğlu Kişiyev binadakı mənzillərdən birində təmir işləri apararkən ehtiyatsızlıqdan yıxılıb.
Hadisə nəticəsində ağır kəllə-beyin travması alan X.Kişiyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.