AZ

Bakıda komendant işlədiyi binadan yıxılıb öldü

Bakıda ölüm hadisəsi baş verib.

Nəsimi rayonu Mərdanov qardaşları küçəsi, 39 saylı binada baş verib.

Binada komendant işləyən 1959-cu il təvəllüdlü Xeyrulla Məhərrəm oğlu Kişiyev binadakı mənzillərdən birində təmir işləri apararkən ehtiyatsızlıqdan yıxılıb.

Hadisə nəticəsində ağır kəllə-beyin travması alan X.Kişiyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

Seçilən
30
1
7news.az

2Mənbələr