Şuşa Dövlət Musiqili Dram Tearının direktoru Yadigar Muradov hələ də reanimasiyadadır.
Bu barədə Qaynarinfo-ya teatrın direktor müavini Azad Məmmədov deyib. Azad Məmmədovun sözlərinə görə, Yadigar Muradovun təzyiqinin yüksəlməsinə səbəb qanındakı infeksiya olub:
"Qanını yuyublar artıq reaksiyaları, hərəkətləri çoxdur, yavaş-yavaş özünə gəlir. Təzyiqi də normallaşıb. Amma hələ ki, həkim nəzarətindədir və müalicə reanimasiyada davam etdirilir”.