RU

Kanada Netanyahunu həbs etməyə söz verdi

Kanadanın Baş naziri Mark Karni israilli həmkarı Benyamin Netanyahunu Kanada ərazisində görünəcəyi təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) orderi əsasında həbs edəcəyinə söz verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlmat yayıb. 

"The Toronto Sun" nəşri isə bildirib ki, Karni öz fikirlərini bir kənara qoyub Kanadanı birinci yerə qoymağa başlamalıdır.

Məqalə müəlliflərinin fikrincə, Kanada Amerikanın əsas müttəfiqi olan İsrailə qarşı çıxmaqla ABŞ- lə münasibətləri daha da korlamamalıdır.

21 noyabr 2024-cü ildə Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və İsrailin keçmiş müdafiə naziri Yoav Gallantın həbsinə order verib.

Избранный
68
operativmm.az

1Источники