RU

"Azərbaycanın bu qərarı böyük əhəmiyyət kəsb edir" - Qriqoryan

"Azərbaycan prezidenti İlham Əliyevin Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bəyanatını alqışlayıram".

"Unikal" xəbər verir ki, bunu Ermənistan Respublikası baş nazirinin müavini Mher Qriqoryan deyib. 

O, azərbaycanlı və qazaxıstanlı həmkarlarının səylərini və bu istiqamətdə görülən işləri yüksək qiymətləndirib: "Azərbaycanın bu qərarı regional kommunikasiyaların açılmasında, qarşılıqlı etimadın möhkəmləndirilməsində, sülh gündəliyinin irəliləməsində böyük əhəmiyyət kəsb edir. Mən azərbaycanlı və qazaxlı həmkarlarımın bu istiqamətdə səylərini və əməyini yüksək qiymətləndirirəm". 

Ağarza Elçinoğlu 

Избранный
113
50
unikal.az

10Источники