RU

Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 28% artıb

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla Çin arasındaticarət əməliyyatlarının həcmi 3,4 milyard ABŞ dolları təşkiledib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 745,2 milyon ABŞ dolları və ya 28,1% çoxdur.

Hesabat dövründə Çin ilə ticarət dövriyyəsi Azərbaycanın ümumiticarət dövriyyəsinin 9,61%-i həcmində olub. Bununla da Çin hesabatdövründə Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələrsırasında 4-cü pillədə qərarlaşıb.

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan Çinə 70,6milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eynidövrü ilə müqayisədə 57,1 milyon ABŞ dolları və ya 5,2 dəfəçoxdur.

Eyni zamanda, hesabat dövründə Çindən Azərbaycana 3,3 milyardABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da2024-cü ilin eyni dövrü ilə müqayisədə 688,1 milyon ABŞ dolları vəya 26,1% artım deməkdir. Bununla da hesabat dövründə ÇinAzərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında ilkpillədə qərarlaşıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanxarici ölkələrlə 35,375 milyard ABŞ dolları dəyərində ticarətəməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 877 milyonABŞ dolları və ya 2,5% çoxdur.

Xarici ticarət dövriyyəsinin 18,606 milyard ABŞ dolları ixracın,16,769 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilin eynidövrü ilə müqayisədə ixrac 1,248 milyard ABŞ dolları və ya 6,3%azalıb, idxal isə 2,126 milyard ABŞ dolları və ya 14,5% artıb.

Son nəticədə xarici ticarətdə 1,837 milyard dollarlıq müsbətsaldo yaranıb. Bu da illik müqayisədə 3,374 milyard ABŞ dolları vəya 2,8 dəfə azdır.

Избранный
61
2
az.trend.az

3Источники