RU

İrəvan İlham Əliyevin bəyanatını alqışlayır - Paşinyanın sözçüsü

Ermənistan Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə bəyanatını alqışlayır. 

Azreform.info xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan öz Facebook səhifəsində yazıb.

“Bu addım Vaşinqtonda əldə olunmuş razılaşmalara uyğun olaraq, regional kommunikasiyaların açılması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və Ermənistan və Azərbaycan arasında yaradılmış sülhün institusionallaşdırılması üçün böyük əhəmiyyət kəsb edir”, - o yazıb.

Mürtəza

Избранный
47
6
azreform.info

10Источники