Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri vəzifəsindən azad edilib. aia.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, Faiq Mütəllimov öz istəyi ilə şöbə müdiri vəzifəsindən ayrılıb.O, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndələyinin böyük məsləhətçisi təyin olunub. 2013-cü ildən nazirlikdə işləyən Faiq Mütəllimov 2021-ci ildən Ekoloji siyasət şöbəsinin müdiri vəzifəsində çalışırdı. Xatıradaq ki, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi sabiq ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevdir. aia.az