RU

Nazirlik: Könüllülər 73 kiloqram işlənmiş batareya toplayıblar

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 21 oktyabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi uğurla davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, layihə çərçivəsində könüllülər “Azərbaycan Dəmir Yolları” QSC-nin inzibati binasından, “Araz” supermarketlər şəbəkəsinin Statistika filialından, "Bravo" supermarketlər şəbəkəsinin Koroğlu hipermarketindən, “Rahat” supermarketlər şəbəkəsinin Yeni Günəşli filialından ümumilikdə 73 kiloqram işlənmiş batareya toplayaraq "Tullantıları İdarəetmə Mərkəzi" MMC-yə təhvil veriblər.

Layihənin əsas məqsədi istifadəyə yararsız elektrik batareyalarının təhlükəsiz şəkildə toplanması və xüsusi şəraitdə zərərsizləşdirilməsi, həmçinin cəmiyyətdə ekoloji məsuliyyətin artırılması, tullantıların düzgün idarə olunması barədə maarifləndirmənin gücləndirilməsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
25
1
azertag.az

2Источники