Heyvan otaran şəxsi elə heyvanlarla birlikdə elektrik vurub.
Xezerxeber.az xəbər verir ki, hadisə Siyəzənin rayonunun Sədan kəndində baş verib. Kənd ərazisində elektrik naqilinin qırılması hadisəyə səbəb olub. Heyvan otaran iki şəxsdən biri heyvanlarının qəfildən yerə yıxıldığını görüb. Yaxınlaşanda onu da elektrik vurub. 5 baş heyvan tələf olub.
Cərəyan vurması nəticəsində xəsarət alan 35 yaşlı Seymur Əhmədov xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatları araşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.