RU

Baş nazirin təyyarəsi ABŞ-də məcburi eniş etdi

Ajans.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb. Bildirilib ki, Vaşinqtondan Kanberraya uçan Avstraliya liderinin təyyarəsi Sent-Luis şəhərində (Missuri ştatı) məcburi eniş edib. Planlaşdırılmamış enişə heyət üzvü, Avstraliya Hərbi Hava Qüvvələrinin zabitinin səhhətinin kəskin pisləşməsi səbəb olub. O, müayinə və müalicə üçün yerli xəstəxanaya göndərilib, baş nazirin təyyarəsi isə yaxın vaxtlarda yoluna davam edəcək.

Qeyd edək ki, Avstraliya hökumətinin başçısı oktyabrın 20-21-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla ilk ikitərəfli danışıqlarından sonra Kanberraya qayıdırmış.

Избранный
34
1
Ajans.az

2Источники