RU

Xarkovda uşaq bağçası dron hücumuna məruz qalıb, ölən və yaralananlar var - YENİLƏNİB - FOTO

Rusiyanın ötən gecə Xarkovda uşaq bağçasına hücumu nəticəsində 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski özünün “X” hesabında məlumat verib.

Onun sözlərinə görə, bütün uşaqlar təxliyə edilib və hal-hazırda sığınacaqlardadırlar.

"Bağçaya dron hücumu təşkil etmək üçün heç bir bəhanə yoxdur, heç ola da bilməz. Açıq-aydın görünür ki, Rusiya daha da arsızlaşır. Bu zərbələr münaqişənin sülh yolu ilə həll olunmasını dəstəkləyən hər kəsin üzünə tüpürməkdir. Quldurlar və terrorçular sadəcə güc yolu ilə öz yerlərinə oturdula bilərlər" Zelenski vurğulayıb.

***

12:53

Xarkovun Xolodnogorsk rayonuna PUA zərbəsi nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.

APA xəbər verir ki, bu barədə Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.

Məlumata görə, hücum zamanı həmçinin uşaq bağçasında yanğın başlayıb və uşaqların təxliyəsi davam edir.

Xarkov meri İqor Terehov da özünün “Telegram” kanalında hücumun Xolodnogorsk rayonundakı özəl uşaq bağçasına edildiyini bildirib. Daha sonra o, bütün uşaqların bağçadan təhlükəsiz şəkildə çıxarıldığını və yanğının hələ də davam etdiyini qeyd edib.

Xarkovda Xarkovda Xarkovda Xarkovda Xarkovda
Избранный
122
2
apa.az

10Источники