RU

Dövlət Neft Fondunun vəsaitləri bu sahələrə yönləndirilib

Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Bu gün Dövlət Neft Fondunun vəsaitləri ÜDM-in 90%-ni, xarici dövlət borcunun isə 13 qatını üstələyir”. 

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən "Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik" mövzusunda elmi-praktik konfransda çıxışı zamanı Dövlət Neft Fondunun İcraçı direktorunun müavini Bəhruz Bəhrəmov deyib.

“Son 10 ildə Dövlət Neft Fondunun investisiya gəlirləri 15 milyard dolları ötüb. 270 milyon dollarla fəaliyətə başlayan Dövlət Neft Fondunun aktivləri bu gün 70 milyard dolları keçib”, - deyə B.Bəhrəmov bildirib.

Direktor müavini qeyd edib ki, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) indiyədək infrastruktur, enerji və təhsil layihələrinin maliyyələşdirilməsinə təxminən 12 milyard dollar maliyyə vəsait qoyub:

"Fond bir çox strateji əhəmiyyətli sosial infrastruktur, enerji və təhsil layihələrin maliyyələşdirilməsini həyata keçirib. Bu layihələrin ümumi həcmi təxminən 12 milyard dollar olub. Bu fəaliyyət istiqamətləri nəticəsində ARDNF qeyri-neft sektorunun inkişafında və maliyyə suverenliyinin möhkəmləndirməsində əhəmiyyətli rol oynayıb. Bütün bunlarla yanaşı, Fond qlobal miqyasda səmərəli idarəetmə aparan peşəkar investor kimi formalaşıb. Onun investisiya portfeli 60-dan çox ölkəni və minllərlə investisiyalarda payı olan vəsaitləri əhatə edir. Hazırda fondun vəsaitləri, demək olar, bütün mümkün müxtəlif aktiv siniflərinə - istiqrazlara, səhmlərə, daşınmaz əmlaka, qızıla və alternativ investisiyalara balanslı şəkildə yönəldilib”.

Anar Kəlbiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
97
2
unikal.az

10Источники