Ajans.az xəbər verir ki, bu barədə Xarkov meri İqor Terexov özünü "Telegram" kanalında məlumat verib. "Xolodnoqorski rayonunda özəl uşaq bağçasına zərbə dəyib, uşaqlar yaralanıb. Zərbə yerində yanğın baş verib", - deyə o qeyd edib. Xarkov vilayətinin regional hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov Rusiyanın hücumu nəticəsində 4 nəfərin xəsarət aldığını bildirib. "Onlardan ən azı ikisinin vəziyyəti ağırdır. Həkimlər hadisə yerində işləyirlər", - deyə o nəzərə çatdırıb. Sinequbov daha sonra əlavə edib ki, hücum nəticəsində 40 yaşlı kişi ölüb. Hazırda daha 5 nəfərin yaralandığı məlumdur. Həmçinin Xarkov merinin sözlərinə görə, bütün uşaqlar artıq bağçadan təxliyə ediliblər, lakin yanğın davam edir. Terexov bildirib ki, zərbə, çox güman ki, dron vasitəsilə həyata keçirilib.