"Qalatasaray" bu gün axşam oynanılacaq "Budyo Qlimt" matçına ciddi itki ilə çıxacaq.
Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" bu oyunda İlkay Gündoğandan yararlana bilməyəcək.
O, görüş öncəsi keçirilən son məşqdə sıradan çıxıb.
Bu barədə "NTV Spor" məlumat yayıb.
Onun yerinə ya Qabriel Sara, ya da Yunus Akgünün oynayacağı gözlənilir.
Qeyd edək ki, "Qalatasaray" - "Budyo Qlimt" matçı Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
 
                        