RU

Lüks avtomobil istehsalçısı kiberhücuma görə milyardlarını itirir

Bakı. Trend:

Britaniyanın lüks avtomobil istehsalçısı olan “Jaguar LandRover” avtokonserni kiberhücumlar ucbatından 1,9 milyar funtsterlinq dəyərində aktivindən məhrum olub.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

İri miqyaslı haker hücumu nəticəsində şirkətin bütün BöyükBritaniya ərazisində olan zavodları və tədarükçüləri beş həftəmüddətinə fəaliyyətini dayandırıb. İlkin hesablamalara görə,kiberhücumdan dəyən ziyan 2 milyard funt sterlinqə yaxındır.

Lüks avtomobillərin istehsal prosesinin bərpa olunmayacağıtəqdirdə şirkətin itkilərinin daha böyük olacağı bildirilir.

“Jaguar Land Rover”ə qarşı hücum Britaniya tarixində iqtisadibaxımdan ən dağıdıcı kiberinsident olub. Ümumilikdə beş mindən çoxbritaniyalı müəssisə və təşkilat bu hadisədən zərər görüb.Avtokonsernin Britaniya bölmələrində 34 min nəfər işləyir, şirkətinidarə etdiyi ölkənin avtomobil sektorundakı ən böyük təchizatzənciri isə təxminən 120 min əməkdaşı birləşdirir.

Böhranla mübarizə aparmaq üçün hökumət şirkətə cari xərclər üçün1,5 milyard funt (iki milyard dollar) həcmində kredit zəmanətiverib.

Məqalədə:
Избранный
77
az.trend.az

1Источники