RU

Bakı Ağdam qatarına əlavə reyslər təyin edildi

ain.az, Modern.az portalına istinadən məlumat verir.

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.

Modern.az xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib. Bildirilib ki, Bakıdan Ağdama gedən reys səhər saat 07:10-da yola düşəcək.

"Ağdamdan Bakıya qayıdan reys isə 18:20-da hərəkət edəcək. Bu marşrut üzrə 8 və 9 noyabr tarixlərində iki istiqamətdə səfər edə bilərsiniz. Bayrağımızın qürurla dalğalandığı Qarabağa getmək üçün biletinizi dəmiryol kassalarından, saytımızdan və "ADY Mobile" tətbiqindən elə indi alın", - məlumatda qeyd edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
53
7
modern.az

10Источники