RU

Maykl Fəxri məruzəçisi olduğu BMT-ni yıxıb sürüdü - BMT bu tarixdə Qəzzada öldü...


BMT-nin qida hüququ üzrə xüsusi məruzəçisi Maykl Fəxri İsrailin Qəzzada apardığı blokada siyasəti ilə bağlı açıqlamasında beynəlxalq sistemin çöküşünü simvolizə edən açıqlamalar verib.

Məruzəçisi olduğu BMT-ni sərt tənqid edən Fəxri deyib: "Birləşmiş Millətlər nəinki uğursuzluğa düçar oldu, BMT Qəzzada öldü. Mən sizə BMT-nin öldüyü tarixi dəqiq deyəcəyəm - 24 fevral 2024-cü il. Həmin gün iki aylıq Mahmud Fəttuh aclıq, susuzluq və yetərsiz qidalanmadan öldü. Daha sonra 10 yaşlı Yazan əl-Kəfərni 2024-cü ilin martında eyni səbəbdən öldü. Onlar İsrailin Qəzzada apardığı blokada siyasəti nəticəsində qida çatışmazlığından ölən ilk uşaqlardır”.

TAHİR

Избранный
66
baki-xeber.com

1Источники