RU

Gürcüstan DTX: Sabiq Baş nazir Qaribaşvili qanunsuz gəlir əldə etdiyini etiraf edib

Gürcüstanın sabiq Baş naziri İrakli Qaribaşvili bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Korrupsiyaya Qarşı Mübarizə İdarəsində dindirilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan DTX-dan bildirilib.

Məlumata əsasən, Qaribaşvili istintaqla tam əməkdaşlıq edib və illər ərzində qanunsuz gəlir əldə etdiyini etiraf edib.

Yaxın günlərdə mövcud və əlavə sübutlara əsaslanaraq sabiq hökumət başçısı barəsində olan cinayət işinin kvalifikasiyası, habelə onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi müzakirə ediləcək.
 
Poliqon.info

Избранный
28
10
poliqon.info

10Источники