RU

Beynəlxalq səyyahlar Qarabağ və Şərqi Zəngəzura səfər edib


ETIC (Extreme Traveler International Congress) klubunun rəhbəri Kolja Sporinin başçılığı ilə oktyabrın 22-də 8 ölkədən olan dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü yekunlaşıb.

Səyyahlar əvvəlcə Ağdamda Cümə məscidini ziyarət edib və Çörək Muzeyinin dağıntılarına baxıblar. Daha sonra Xankəndidə Qarabağ Universitetində görüş keçirilib. Onlara universitetin fəaliyyəti və beynəlxalq əlaqələri barədə məlumat verilib.

Laçına gələn qonaqlar şəhərin mərkəzini gəzib, Yurd Qalereyası və “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzi ilə tanış olublar. Burada şəhərin tarixi, mədəni irsi, sənətkarlıq ənənələri və müasir infrastruktur imkanları təqdim olunub.

Heyət 2 gün ərzində Ağdam-Xankəndi-Laçın-Şuşa-Füzuli marşrutu üzrə səfər etməyi planlaşdırır.

ZÜMRÜD

Избранный
28
3
baki-xeber.com

4Источники