ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xəbər verdiyimiz kimi, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Nazim İsmayılovla Şamil Kamilov küçələrinin kəsişməsində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.
APA xəbər verir ki, “Ford” markalı minik avtomobili dönmə zamanı “Ford Transit” yük maşını ilə toqquşub. Zərbənin təsirindən “Ford Transit” yol kənarında park edilmiş “BMW X5” markalı avtomobilə çırpılıb və aşıb.
Qəza nəticəsində “Ford” sedanın sürücüsü diz nahiyəsindən xəsarət alıb.Ona hadisə yerində ilkin tibbi yardım göstərilib, lakin o, xəstəxanaya aparılmaqdan imtina edib.
Ümumilikdə üç avtomobilə ciddi ziyan dəyib. Hadisə ilə bağlı araşdırma aparılır.
https://t.me/apa_az/106926
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.
 
                        