RU

Tramp: ABŞ yaxın saatlarda və ya sabah Rusiyaya qarşı yeni sanksiyalar elan edəcək...

Vaşinqton Moskvaya qarşı əlavə təzyiq üçün növbəti addımı atmağa hazırlaşır...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp yaxın saatlarda Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi ilə bağlı yeni qərarların açıqlanacağını bəyan edib. Onun sözlərinə görə, Vaşinqton çərşənbə günü yerli vaxtla günortadan sonra, ən geci isə cümə axşamı səhər saatlarında yeni sanksiya paketini təqdim edəcək.

Tramp vurğulayıb ki, bu qərar ABŞ administrasiyasının Rusiyanın “aqressiv davranışlarına və beynəlxalq təhlükəsizliyə təhdid yaradan siyasətinə” cavabı olacaq. O, qeyd edib ki, yeni tədbirlər həm Rusiya hökumətinə, həm də onun müharibə iqtisadiyyatına dəstək verən maliyyə və texnologiya qurumlarına yönələcək.

Prezident bildirib ki, məqsəd Rusiyanın “dünya nizamını sarsıdan hərbi fəaliyyətlərinə” son qoymaq və onu danışıqlar masasına qaytarmaqdır.

“Biz daha sərt sanksiyalar tətbiq edəcəyik və bunun nəticəsini Kreml çox tez hiss edəcək”, deyə Tramp vurğulayıb.

Məlumatlara görə, yeni sanksiyalar paketinə enerji ixracı, bank sektoru, müdafiə sənayesi və yüksək texnologiya sahələrindəki şirkətlərin əlavə siyahısı daxildir. Ağ Ev mənbələri bildirir ki, bu, Tramp administrasiyasının Rusiyaya qarşı indiyədək tətbiq etdiyi ən genişmiqyaslı iqtisadi təzyiq paketi olacaq.

Poliqon.info

Избранный
258
3
poliqon.info

10Источники