RU

Bakıda zəncirvari qəza: Hadisə zamanı xəsarət alan olub?

Bakıxanov qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı tibbi xidmətə ehtiyac yaranmayıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd olunub ki, oktyabrın 22-si, saat 21:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sabunçu rayonu, Bakıxanov qəsəbəsindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış daxil olub.

“Təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Çağırış ünvanında tibbi xidmətə ehtiyac yaranmayıb”, – deyə məlumatda bildirilir.

Избранный
69
editor.az

1Источники