ABŞ sakinlərinin əksəriyyəti prezident Donald Trampın fəaliyyətini mənfi qiymətləndirir.
AzPost bildirir ki, bu barədə Public Religion Research Institute (PRRI) keçirdiyi sorğunun nəticələri göstərib.
Araşdırmaya görə, respondentlərin 56%-i Trampın fəaliyyətini bəyənmir, 42%-i isə bəyənir. Bu arada respondentlərin 40%-i Ağ Ev prezidentinin özü haqqında müsbət, 58%-i isə mənfi fikirdədir.
Sorğu avqustun 15-dən sentyabrın 8-dək 5955 ABŞ böyükləri arasında onlayn rejimdə aparılıb.