RU

Aİ Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təsdiqlədi

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı növbəti – 19-cu sanksiyalar paketini rəsmən təsdiqləyib.

Editor.az xəbər verir ki, yeni sanksiyalar paketi çərçivəsində Rusiya neftini daşıyan 100-dən çox xarici bayraqlı tankerə məhdudiyyətlər tətbiq olunub.

Sənədə əsasən, həmçinin Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) alınmasına qadağa qoyulur və rus diplomatlarının Avropa ərazisində hərəkətinə əlavə məhdudiyyətlər müəyyən edilir.

Qeyd edək ki, bundan əvvəl – oktyabrın 23-də ABŞ da Rusiyanın enerji sektoruna qarşı yeni sanksiyalar tətbiq edib. Yeni məhdudiyyətlər “Rosneft” və “Lukoyl” şirkətlərini, eləcə də onların törəmə müəssisələrini əhatə edir.

ABŞ Maliyyə Nazirliyi bəyan edib ki, bu şirkətlər “Rusiya iqtisadiyyatının enerji sektorundakı fəaliyyətlərinə görə” 14024 saylı fərmana əsasən sanksiyalar siyahısına daxil edilib.

//Gülnarə Abasova, Editor.az

Избранный
47
4
editor.az

10Источники