Bakı. Trend:
Şəmkir rayonunun Kür qəsəbəsində yerləşən evlərdən birinəmaskalanmış formada daxil olan naməlum şəxs ev sahibinə küt alətləxəsarət yetirərək pul vəsaitini ələ keçirib.
Trendxəbər verir ki, polis əməkdaşları tərəfindən qeyri-aşkar şəraitdətörədilən cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini,44 yaşlı Akif Məmmədov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırmalar davametdirilir.