RU

"Moskva göz yaşlarına inanmır" filminin köməkçi rejissoru vəfat etdi

"Moskva göz yaşlarına inanmır" filminin köməkçi rejissoru Natalya Mixaylovna Ovçinnikova 75 yaşında vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Kinematoqrafçılar İttifaqının mətbuat xidməti məlumat yayıb.

"Dostumuz və həmkarımız, Rusiya Kinematoqrafçılar İttifaqının üzvü, rejissor Natalya Mixaylovna Ovçinnikova 75 yaşında dünyasını dəyişib", - deyə məlumatda bildirilib.

Xatırladaq ki, Ovçinnikova 1950-ci ildə doğulub. 20 yaşında "Mosfilm"də rejissor assistenti kimi işə düzəlib.

Ovçinnikova "Qocalar - quldurlar", "Müqəddəs ", "Moskva göz yaşlarına inanmır" kimi filmlərin köməkçi rejissoru olub.

Избранный
26
1
far.az

2Источники