RU

Hələ ÇL tarixində belə məhsuldarlıq qeydə alınamışdı

ain.az, Fanat portalına istinadən məlumat yayır.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turu tarixi rekordla əlamətdar olub.

Fanat.Az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, 18 oyunda ümumilikdə 71 qol vurulub ki, bu da turnir tarixində indiyədək qeydə alınmamış məhsuldarlıqdır.

Oktyabrın 21-də baş tutan 9 görüşdə 43, 22-də reallaşan 9 qarşılaşmada isə komandalar rəqib qapılarına 28 dəfə yol tapıblar.

Öncəki rekord 18 matçda 67 qol idi. Bu göstərici 2 dəfə təkrarlanmışdı: cari mövsümün 1-ci və ötən mövsümün 5-ci turlarında.

Xatırladaq ki, ÇL-in turnir cədvəlinə 9 xalla PSJ başçılıq edir. Növbəti 4 sırada da uyğun olaraq, hərəyə 9 xal toplayan "Bayern Münhen", "İnter", "Arsenal" və "Real Madrid" qərarlaşıb.   

Nihat

 

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
21
1
fanat.az

2Источники