RU

Bir sıra avtobus və yük avtomobillərinin ehtiyat hissələrinin idxalına vergi güzəştinin müddəti artırılır

Bakı. Trend:

Bir sıra avtobus və yük avtomobillərinin ehtiyat hissələrininidxalına tətbiq edilən vergi güzəştinin müddəti artırılır.

Trend-inməlumatına görə, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı ildövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihədə bildirilib ki, Azərbaycan Respublikasının ərazisindəistehsal olunan avtobusların və yük avtomobillərinin satışı, habeləmüvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsalməqsədilə avtobusların və yük avtomobillərinin ehtiyat hissələrininidxalı – avtobuslara münasibətdə 2025-ci il yanvarın 1-dən 8 ilmüddətinə, yük avtomobillərinə münasibətdə 2026-cı il yanvarın1-dən 7 il müddətinə vergidən azad ediləcək.

Избранный
68
1
az.trend.az

2Источники