RU

Fransada müxalifət “əks büdcə” planını təqdim edib

Paris, 23 oktyabr, AZƏRTAC

Fransada Marin Lö Penin rəhbərlik etdiyi Milli Birlik (Rassemblement National –RN) partiyası 2026-cı il büdcə layihəsinə özünün alternativ “əks büdcə” planını təqdim edib.

AZƏRTAC xəbər verir ki, Milli Assambleyada RN fraksiyasının sədri Marin Lö Pen və partiyanın büdcə məsələləri üzrə nümayəndəsi Jan-Filip Tangi təşkil etdikləri mətbuat konfransında partiyanın əsas iqtisadi prioritetlərini açıqlayıblar.

Bu prioritetlər enerji məhsulları üzrə ƏDV-nin azaldılması; məqsəd vətəndaşların enerji qiymətləri ilə bağlı yükünü azaltmaq və enerji ədalətini təmin etmək, ikinci uşaqdan etibarən tam vergi payının tətbiqi; bununla da ailələrin vergi yükünü yüngülləşdirmək, Fransanın Avropa İttifaqına maliyyə töhfəsinin azaltmaq, ictimai marağa xidmət etməyən qeyri-hökumət təşkilatlarına verilən dövlət subsidiyalarını kəsmək, inkişaf yardımlarını azaltmaq, yəni Fransa tərəfindən xaricə ayrılan humanitar və iqtisadi yardımı məhdudlaşdırmaq və fransız ailələrinə prioritet vermək kimi əsas tədbirlərdən ibarətdir.

Marin Lö Pen mətbuat konfransında bildirib ki, hökumətin büdcə siyasəti fransız ailələrinin və işçilərinin real ehtiyaclarını nəzərə almır. Onun sözlərinə görə, RN-in “əks büdcə” layihəsi sosial ədalət və milli suverenlik prinsiplərinə əsaslanır.

“Biz büdcə siyasətini elə yönəltmək istəyirik ki, o xarici maraqlara deyil, fransız xalqının rifahına xidmət etsin”, - deyə Lö Pen vurğulayıb.

RN-nin bu açıqlaması Sebastyən Lökornü hökumətinin 2026-cı il büdcə layihəsinin parlamentdə müzakirəsi fonunda verilib. Hökumət tərəfdarları layihəni sosial xərcləri qorumaq üçün zəruri hesab etsə də, müxalifət, eləcə də RN, layihəni büdcə intizamı və sosial balansdan uzaq adlandırır.

RN-in bu “əks büdcə” təşəbbüsü partiyanın 2027-ci il prezident seçkiləri ərəfəsində iqtisadi etibarlılıq imicini möhkəmləndirmək cəhdi kimi qiymətləndirilir.

Избранный
58
1
azertag.az

2Источники