Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Norveçin ABB şirkəti arasında enerji keçidi, rəqəmsallaşma, sənayedə innovativ texnologiyaların tətbiqi ilə resursların idarə edilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb.
Bu barədə Far.Az-ə SOCAR-dan məlumat verilib.
Bildirilib ki, bu barədə müzakirələr bu gün SOCAR-ın prezidenti Rövşən Nəcəfin ABB şirkətinin Şimali Avropa üzrə baş vitse-prezidenti Tor Ove Lussand ilə görüşündə aparılıb.
Görüşdə qarşı tərəfə Azərbaycanda enerji sənayesinin modernləşdirilməsi, karbon emissiyalarının azaldılması, beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən "yaşıl enerji" layihələri barədə məlumat verilib.