RU

Kəmalə Məmmədova: "Ermənilərlə görüşdən sonra da başa düşdük ki, danışıqlar aparmaq üçün üçüncü tərəfə ehtiyacımız yoxdur"

“Ermənistanın daxilində revanşist düşüncəli olanlar müharibə haqqında deyil, öz gələcəklərini, sosial-iqtisadi inkişafı düşünməlidirlər. İrəvanda keçirilən görüşümüz də məhz sülh gündəliyinə yönəlmişdi. Sülh gündəliyinin bizə aid perspektivlərini, insanların əmin-amanlıq içində yaşamaları istiqamətində məsələləri əhatə edirdi. Qarşı tərəfin nümayəndə heyəti, eləcə də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sülhə çox meyilli idi. Onların sülhün tez bərqərar olmasına, kontaktların daha da tezləşdirilməsinə yönəldiklərinin şahidi olduq. Bəli, neqativlər var, Ermənistan tərəfdən daha çoxdur. Görüşün mahiyyəti də məhz bu idi ki, Vaşinqtonda imzalanmış bəyannamənin ruhuna uyğun olaraq təkliflər irəli sürək, regionda sülhün bərqərar olmasına töhfəmiz olsun”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında “1news.az” saytının baş redaktoru Kəmalə Məmmədova deyib.

 

“Azərbaycan və Ermənistan nümayəndələri arasında 30 il ərzində xeyli görüşlər baş tutub. Ötən gün Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri ilə Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən görüş isə üçüncü tərəfin iştirakı olmadan keçirilən ilk görüş idi. Görüş zamanı və görüşdən sonra da başa düşdük ki, danışıqlar aparmaq üçün bizim üçüncü tərəfə ehtiyacımız yoxdur, bir-birimizi belə daha yaxşı başa düşə bilirik”, - o deyib.

 

Aytəkin Qardaşova

Tarix: 23 Oktyabr 2025, 16:58   
Избранный
74
pravda.az

1Источники