Azertag saytına istinadən ain.az xəbər verir.
Vaşinqton, 23 oktyabr, AZƏRTAC
Bu saziş (Azərbaycan-Ermənistan sazişi - red.) ortamüddətli perspektivdə Cənubi Qafqazın tam inteqrasiyasına mane olan münaqişəni həll edəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Amerika Xarici Siyasət Şurasının vitse-prezidenti İlan Berman Vaşinqtonda “ABŞ Cənubi Qafqazda: Yeni strateji imkanların müəyyənləşdirilməsi” mövzusunda konfransda çıxışı zamanı deyib.
O bildirib ki, indi söhbət Mərkəzi Asiya ilə Cənub Qafqaz arasında həqiqətən də regionlararası əməkdaşlıqdan gedir.
“Bu razılaşma nəticəsində Cənubi Qafqaza qarşı yeni diqqət yaranıb”, - deyə o əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.
 
                        