RU

Din xadimi əməliyyat olunub - Foto

Din

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, Gəncə “İmamzadə” ziyarətgahının imamı Hacı Tahir Abbasov cərrahi əməliyyat olunub.

Reyting.az
xəbər verir ki, yüksək təzyiq və ürək problemlərindən də əziyyət çəkən Hacı Tahir Abbasov bu dəfə gözündən əməliyyat keçirib. Qısa müddət ərzində gözlərindən ikinci dəfə əməliyyat olunan din xadiminin səhhətinin hazırda qənaətbəxş olduğu bildirilir.

Məlumata görə, Hacı Tahir Abbasovun görmə qabiliyyətindəki problemlər qardaşı, polkovnik-leytenant Səməd Abbasovun şəhidliyindən sonra yaranıb, Vətən müharibəsi dövründə isə vəziyyəti daha da pisləşib.

Xatırladaq ki, Milli Azadlıq Hərəkatındakı fəaliyyətinə görə 1990-cı ildə həbs olunaraq Moskvadakı “Lefortovo” (“KQB zindanı” kimi tanınan) həbsxanasında cəza çəkmiş Hacı Tahirin (Seyid Tahir Qarabaği) ürək problemi də həmin dövrdən başlayıb.

Allah şəfa versin!

Избранный
87
reyting.az

1Источники