RU

Bakıda təmirə bağlanan məşhur stadionda hansı işlər görüləcək?

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Təmirə bağlanan "Liv Bona Dea Arena"da görüləcək işlər bəlli olub.

Oxu.Az "Report"a istinadla xəbər verir ki, bu barədə AFFA-nın İnfrastruktur Departamentinin rəhbəri Fuad Cəfərov açıqlama verib.

O, Mərdəkandakı stadionun ot örtüyünün renovasiya işlərinə görə noyabrın 30-dək bağlandığını xatırladıb:

"İşlər çərçivəsində alaq otlarının təmizlənməsi, qumlama, ot örtüyünün havalandırılması, toxumlama prosesi və s. həyata keçirilir. Bu tədbirlər ot örtüyünün keyfiyyətinin və davamlılığının artırılması məqsədilə aparılır".

Qeyd edək ki, bununla əlaqədar olaraq "Araz-Naxçıvan" klubu növbəti ev oyunlarını başqa stadionlarda keçirməli olacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
43
2
oxu.az

3Источники