RU

Avropa Ukraynalı əsirlərə işgəncə verən rus həkimi təqibə aldı

Avropa İttifaqı yeni sanksiya siyahısını “Aİ Jurnalı”nda (Official Journal of the EU) dərc edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Yenilənmiş siyahıya həm fiziki şəxslər, həm də iri rus şirkətləri daxil edilib.

Sanksiya tətbiq edilən şəxslər və qurumlar

▪️ İlya Sorokin – Mordoviyada yerləşən İK-10 cəza koloniyasının həkimi.
Sanksiyalarda qeyd olunur ki, Sorokin Ukrayna hərbi əsirlərini işgəncəyə məruz qoyub, alçaldıb və tibbi yardım göstərməyib. Onun hərəkətləri nəticəsində bir neçə əsir ölüb. Əsir düşən ukraynalılar bildiriblər ki, Sorokin onları yumruq, ayaq, dəyənək və elektroşok cihazı ilə döyüb, həmçinin seksual zorakılıq və digər işgəncə formalarına əl atıb.

▪️ “AvtoVAZ” və konsernin rəhbəri Maksim Sokolov.
Sanksiyalara əsas səbəb şirkətin Ukraynada vuruşan əməkdaşlarını dəstəkləməsi olub.

▪️ “Grinex” – Qırğızıstanda qeydiyyatdan keçmiş kriptobirja.
Bu platforma A7A5 adlı stabilkoinlə ticarətin əsas meydançasıdır. Stabilkoin PSB bankı tərəfindən təmin olunur; həmin bank da sanksiya siyahısına daxil edilib.

▪️ “FESCO” (Uzaq Şərq Dəniz Gəmiçilik Şirkəti) – Rusiyanın ən böyük logistika və dəniz daşımacılığı şirkətlərindən biridir.

▪️ Aviasiya istehsalçıları – “Perm mühərrikləri” (Пермские моторы), “Aviasiya sistemləri və kompleksləri” və digər oxşar müəssisələr.

Tam əməliyyat qadağası tətbiq olunan dövlət şirkətləri

Aİ tam əməliyyat qadağası (total transaction ban) tətbiq edib:

“Rosneft”, “Transneft”, “Qazpromneft”, “Rostex”, “Almaz-Antey”, “Sovkomflot”, “Uralvaqonzavod”, “KAMAZ”, “Sevmaş”, Birləşmiş Aviasiya Sənaye Korporasiyası (OAK), Birləşmiş Gəmiqayırma Korporasiyası (OSK) və “Oboronprom”.

Yeni sanksiyalar paketi Aİ-nin Rusiyaya qarşı iqtisadi və texnoloji təzyiqləri daha da sərtləşdirmək strategiyasının davamı hesab olunur. Məqsəd həm hərbi istehsal zəncirinə, həm də Rusiyanın beynəlxalq maliyyə əməliyyatlarına məhdudiyyətlər gətirməkdir.

Musavat.com

Избранный
49
7
musavat.com

10Источники