RU

Sahil Babayev Serbiyada ikitərəfli görüşlər keçirdi

Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IX iclası çərçivəsində ikitərəfli görüşlər keçirib.

Nazirlikdən Publika.az-a bildirilib ki, oktyabrın 23-də Serbiya Respublikası Baş nazirinin müavini, iqtisadiyyat naziri Adriyana Mesaroviç ilə keçirilən görüşdə iki ölkə arasında investisiya əməkdaşlığının genişləndirilməsi və qarşılıqlı ticarət əlaqələrinin dərinləşdirilməsi məsələləri müzakirə olunub.

S.Babayev iki ölkə arasında iqtisadi əməkdaşlığın gələcək inkişaf perspektivlərinə toxunaraq,

xüsusilə ticarət, xidmət, kənd təsərrüfatı, nəqliyyat və turizm kimi sahələrdə Azərbaycan və Serbiya şirkətlərinin qarşılıqlı layihələrdə fəal iştirak imkanlarını diqqətə çatdırıb.

Öz növbəsində, Adriyana Mesaroviç Azərbaycan və Serbiya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinin, həmçinin iki ölkənin biznes və ticarət imkanlarının daha da inkişaf etdirilməsinin və birbaşa aviareyslərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Избранный
45
10
publika.az

10Источники