Bakı. Trend:
Yeni araşdırmaya görə, uşaqlıqda şəkərin məhdudlaşdırılması,yetkinlik dövründə ürək xəstəlikləri riskinin azalması iləəlaqələndirilir.
Trend-inməlumatına görə, bu barədə "MedicalXpress" portalı xəbər verib.
Tədqiqat 1953-cü ildə Böyük Britaniyada şəkər normasının sonaçatmasından sonra doğulan 63 minədək insanın məlumatlarını analizedib. Araşdırmaya görə, şəkər normasına məruz qalan, yəni şəkəri azqəbul edən uşaqlarda sonradan infarkt, ürək çatışmazlığı, insult vədigər ürək-damar xəstəlikləri riski daha aşağı olub.
Ən güclü qoruyucu təsir şəkər qəbulu hamiləlik dövründən uşağın2 yaşına qədər məhdudlaşdırılan insanlarda müşahidə edilib. Buqrupda ürək-damar xəstəliyi riski 20 faiz, ürəktutma 25 faiz, ürəkçatışmazlığı 26 faiz, atrial fibrilasiya 24 faiz, insult 31 faiz,ürək-damar ölümləri isə 27 faiz azalıb. Tədqiqatçılar qeyd ediblərki, bu nəticələr şəkərin erkən yaşlarda azaldılmasının uzunmüddətliürək faydalarına malik ola biləcəyini göstərir.
Bununla belə, araşdırma müşahidə xarakterli olduğundan, alimlərsəbəb-nəticə əlaqəsini tam təsdiqləməyin mümkün olmadığınıbildiriblər. Onlar gələcək tədqiqatların fərdi pəhriz vərdişləri,genetika və həyat tərzi amilləri ilə bağlı daha dəqiq nəticələrortaya qoya biləcəyini vurğulayıblar.