RU

Tramp Kanada ilə bütün ticarət danışıqlarının dayandırıldığını açıqlayıb

Vaşinqton, 24 oktyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Kanada ilə bütün ticarət danışıqlarının dayandırıldığını açıqlayıb.

AZƏRTAC-ın məlumatına görə, bu barədə o, “Truth” sosial şəbəkəsində yazıb. Dövlət başçısı bu addımın Kanadada ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın rüsumlarla bağlı mənfi danışdığını göstərən saxta reklam çarxı ilə bağlı atıldığını deyib.

“Ronald Reyqan Fondu Kanadanın saxta şəkildə Ronald Reyqanın tariflər haqqında mənfi danışdığını göstərən reklam çarxı yayımladığını açıqlayıb. Reklamın dəyər 75 min dollar təşkil edib. Onlar bunu yalnız ABŞ Ali Məhkəməsinin və digər məhkəmələrin qərarına müdaxilə etmək üçün etdilər. Tariflər ABŞ-ın milli təhlükəsizliyi və iqtisadiyyatı üçün çox vacibdir. Onların bu davranışlarına əsasən, Kanada ilə bütün ticarət danışıqları dayandırılır”,- deyə Tramp vurğulayıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

 

Избранный
90
7
azertag.az

10Источники